Sifariş düyməsi birinci nömrəyə yazır. Qalan nömrələr "Əlaqə" bölməsində göstərilir.
Saytın girişində paketlərin yerində göstəriləcək şəkilləri seçin. Şəkillər "Şəkillər" bölməsində əlavə etdiyiniz işlərdən götürülür. Heç biri seçilməsə, nümunə paketlər görünür.
Hər ölçünün say və qiymətini dəyişin. Sətir əlavə edə və silə bilərsiniz. Saxlayandan sonra cədvəl, sifariş forması, slayd və saytdakı bütün qiymət yazıları yenilənir. Endirim varsa, yeni qiymətin üzərinə tətbiq olunur.
Endirimə qoymaq istədiyiniz ölçünün faizini yazın. Endirimi bitirmək üçün 0 yazın. Endirimli paketlərin köhnə qiyməti pozulmuş, yeni qiyməti və faizi saytda görünəcək.
Yeni rəngdə salafan olanda bura əlavə edin. Rəngin adına iki dəfə bassanız, silinəcək.
Mağazanız, kafeniz və ya onlayn biznesiniz üçün loqolu salafan paketlər. Hər paketi trafaretlə əl ilə çap edirik, Bakıya və rayonlara çatdırırıq.
Müştəri sizdən aldığı malı paketdə aparır: küçədə, metroda, avtobusda. Paketin üzərində loqonuz varsa, onu yüzlərlə insan görür. Siz də bunun üçün əlavə reklam pulu ödəmirsiniz.
Çap etdiyimiz paketlərdən nümunələr. Şəkli böyütmək üçün üzərinə basın.
Trafaret çapına ipək çap və ya screen printing da deyirlər. Bu, ən etibarlı çap üsullarından biridir. Xüsusi torun üzərində dizaynın formasında açıq yerlər qalır. Boya rakellə torun üstündən çəkilir və yalnız həmin açıq yerlərdən keçib paketə düşür.
Polietilen üçün xüsusi boyadan istifadə edirik. Ona görə çap paketə yaxşı yapışır və tez silinmir.
Minimum sifariş 200 kq. Qiymət və şərtlər haqqında məlumat almaq üçün bu nömrə ilə birbaşa əlaqə saxlayın.
Aşağıda hər biznes üçün ən çox seçilən ölçüləri yazmışıq. Ölçüyə bassanız, dizayn bölməsində həmin paket açılacaq.
Kiçik mağaza da böyük brend kimi görünə bilər. Müştəri loqonuzu paketdə görür, yadda saxlayır və dostlarına deyir. Öz adınızı, loqonuzu və əlaqə məlumatınızı paketə çap etmək brendinizi tanıtmağın ən sadə yoludur.
Paketimi dizayn etÖlçünü və rəngi seçin, loqonuzu şəkil və ya PDF kimi yükləyin. Paketin görünüşü və qiyməti dərhal çıxır.
"Dizaynı göndər" basanda paketin şəkli və sifariş məlumatı hazırlanır. Telefonda açılan siyahıdan WhatsApp-ı seçib göndərin.
Cavabını burada tapmadığınız sualı WhatsApp-da yazın.
Sifariş 3–5 gün ərzində təhvil verilir.
Ödənişi nağd və ya kartla edə bilərsiniz.
Bakıya və Azərbaycanın rayonlarına çatdırırıq. Çatdırılma pulsuz deyil. Qiyməti ünvana görə WhatsApp-da dəqiqləşdiririk.
15×20 və 20×30 sm ölçülərdə ən az 100 ədəd, qalan ölçülərdə ən az 50 ədəd.
Qiymətlər paketin bir üzünə tək rəngli çapla birlikdədir. İki üzlü çap qiymətin üzərinə 30% əlavə olunur. Çoxrəngli çapın qiymətini WhatsApp-da soruşun.
PDF, PNG, JPG və ya SVG faylı göndərə bilərsiniz. Saytdakı "Loqonu yoxla" bölməsində loqonuzun paketdə necə görünəcəyinə baxa, sonra faylı WhatsApp-da göndərə bilərsiniz.
Hazırda ağ və qara paketlər var. Başqa rəng lazımdırsa, WhatsApp-da soruşun.
Bəli, kiloqramla da çap edirik. Minimum sifariş 200 kq-dır. Məlumat üçün +994 77 300 51 30 nömrəsi ilə birbaşa əlaqə saxlayın.
Polietilen üçün xüsusi trafaret boyasından istifadə edirik. Çap paketə yaxşı yapışır və tez silinmir.
Palace.az salafan paket çapı ilə məşğuldur. Polietilen paketlərin üzərinə loqonuzu, telefon nömrənizi və Instagram səhifənizi trafaretlə çap edirik. Bu paketlərə selofan və ya sellofan paket, reklam paketi, firma paketi də deyirlər.
Banan saplı ağ və qara paketlər 15×20 sm-dən 50×60 sm-ə qədər 6 ölçüdə hazırlanır. Sifarişi Bakıya və Azərbaycanın rayonlarına çatdırırıq.
Zəng edin və ya WhatsApp-da yazın.